Image description

İpotekadan asan istifadəyə dair dünya reytinqində Azərbaycan 109 ölkə arasında 82-ci yer tutaraq 2 pillə geriləyib.

İndex.az “Numbeo”ya istinadən xəbər verir ki, reytinqin ilk beşliyində müvafiq olaraq Səudiyyə Ərəbistanı, Puerto Riko, ABŞ, Birləşmiş Ərəb Əmirlikləri, Danimarka, son beşlikdə isə Argentina, İran, Suriya, Şri Lanka, Kamboca qərarlaşıb.

Qeyd edərək ki, İpoteka və Kredit Zəmanəti Fondunun agent bankları bu ilin birinci rübündə 97,5 milyon manat məbləğində (mart ayında 39,8 milyon manat) ipoteka kreditləri verib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 1,8 dəfə çoxdur. Eyni müddət ərzində 58,3 milyon manat (4,1 dəfə artıq) məbləğində kreditlər yenidən maliyyələşdirilib

Bizi Telegram-da izləyin: t.me/indexaz