Image description

Aprelin 29-dan start götürən YAŞAT” marafonu 1 aya yaxın davam edib. Marafon Diasporla İş üzrə Dövlət Komitəsi və Diaspor Fondunun dəstəyi və “YAŞAT” Fondunun təşəbbüsü ilə keçirilib

İndex.az xəbər verir ki, bunu "YAŞAT" Fondunun rəhbəri Elvin Hüseynov "YAŞAT" Marafonunun başa çatması ilə əlaqədar mətbuat konfransında deyib.

"Marafonun məqsədi ondan ibarətdir ki, dünyanın dörd bir yanında yaşayan azərbaycanlıları dəmir yumruq kimi birləşdirərək qələbəni bizə yaşadanları birlikdə yaşadaq.

25 may tarixində marafon videoyayım formatında Azərbaycan Televiziyasında (AzTV) nümayiş etdirilib. Yayım zamanı müxtəlif ölkələrdə yaşayan həmvətənlərimizlə və tanınmış şəxslərlə bağlantılar təşkil edilib, şəhidlərimizin ailələri, Vətən müharibəsi qəhrəmanları və yaralananlarımız çıxış ediblər. Yayım zamanı marafonda iştirak üçün xaricdən 45 çağırış səsləndirilib, 11 skype bağlantısı reallaşıb. Eyni zamanda “YAŞAT” Fondu tərəfindən qısa müddətdə görülən işlər və 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan diasporunun fəaliyyəti barədə hesabatlar təqdim olunub", - o, əlavə edib.

E.Hüseynov bildirib ki, marafona start verildiyi 29 aprel tarixindən bu günə qədər 1 000 000 manatdan artıq vəsait toplanıb.

Bizi Telegram-da izləyin: t.me/indexaz