Image description

Kənd Təsərrüfatı Nazirliyi yanında “Aqroservis” ASC yanğın təhlükəsizlik sistemlərinin cari təmir işlərinin satınalınması üzrə tender keçirib.

İndex.az xəbər verir ki, Səhmdar Cəmiyyət regional nümayəndəliklər və onların rayon bölmələrində yanğın təhlükəsizlik sistemlərinin cari təmir işlərinin satınalınması üzrə tenderin qalibini elan edilib.

Bu tenderin qalibi "Fire Safety and Security Systems” Məhdud Məsuliyyətli Cəmiyyətidir.

“Aqroservis” ASC bu məqsədlə özəl şirkətə 1 milyon 415 645,08 manat vəsait ödəyəcək.

Bizi Telegram-da izləyin: t.me/indexaz