Image description

Amerika şirkəti “Google” geolokasiya funksiyası sönülü olduqda belə Android istifadəçilərin geoməlumatlarını izləməyə davam edib.

İndex.az bu barədə “Secretmag”a istinadən xəbər verir.

Bundan əlavə, İT-nəhəngi geolokasiyanın ötürülməsi ilə bağlı parametrləri bilərəkdən mürəkkəbləşdirib. Bu barədə dərc olunmuş məhkəmə işinin materiallarına istinadən “Insider” yazıb.

Xatırladaq ki, ABŞ-ın Arizona ştatının baş prokuroru Mark Branoviç “Google”a qarşı iddia qaldırıb. Bu, 2020-ci ilin may ayında baş verib. O, korporasiyanı istifadəçi geoməlumatlarını qanunsuz olaraq toplamaqda günahlandırıb. Baş prokurorun sözlərinə görə, İT-nəhəngi Android smartfon istifadəçilərinin parametrlərini bu funksiya sönülü olduğu halda belə izləməyə davam edib.

Araşdırma nəticəsində məlum olub ki, “Google” Wi-Fi və digər tətbiqetmələr daxil olmaqla, funksiya deaktiv edildikdə geolokasiyanı izləmək üçün qəsdən müxtəlif üsullardan istifadə edib.

“Google” mühəndisləri və korporativ rəhbərləri bu siyasətdən xəbərdar idilər. Amerika şirkətinin bəzi işçiləri bu yanaşmaya qarşıdırlar. “Bəlkə də “Apple” çörəyimizi belə yeyir”, – deyə işçilərdən biri bildirib.

Nəşr əlavə olaraq qeyd edir ki, “Google” smartfon istehsalçılarına təzyiq göstərib. Materiallardan göründüyü kimi, Cənubi Koreyanın “LG” şirkəti də bu cür təzyiqlərə məruz qalıb. “Google” və “LG” vəziyyətlə bağlı heç bir açıqlama verməyib.

“Google Maps” xidmətini idarə edən Cek Menzel söyləyib ki, şirkətin istifadəçilərin evini və iş yerini tapmamağın yalnız bir yolu var. Bunun üçün müvafiq lokasiyaları “digər təsadüfi ünvanlar” siyahısına əlavə etmək lazımdır.





©Banker

Bizi Telegram-da izləyin: t.me/indexaz