Image description

Bakıda İstiqlaliyyət küçəsində yolun bir zolağında nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

İndex.az xəbər verir ki, Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) Trend-ə verilən məlumatına görə, 4-6 iyun tarixlərində Bakıda baş tutacaq 5-ci Formula 1 Qran Prisinə hazırlıq işləri çərçivəsində İstiqlaliyyət küçəsi ilə Azərbaycan prospektinin kəsişməsində müvəqqəti inşa olunmuş yerüstü piyada keçidinin hər iki dayaq tərəfinə mayın 29-u, səhər saat 07:00-da liftin quraşdırılmasına başlanılıb.

Liftlərdən biri Azərbaycan prospektinə düşdüyü üçün həmin yolun bir zolağında nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Sürücülərdən xahiş olunur ki, qeyd olunan hissədə avtomobillərini parklamasınlar.





©Yeniavaz

Bizi Telegram-da izləyin: t.me/indexaz