Image description

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, mayın 31-dən şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti tam bərpa ediləcək.

İndex.az xəbər verir ki, "Report" bununla bağlı son vəziyyətlə tanış olmaq üçün Bakı Beynəlxalq Avtovağzal Kompleksinə baş çəkib.

Qeyd edək ki, hazırda həm bu, həm də 56 regional avtovağzal və avtostansiya kompleksində hazırlıq işləri görülür. Avtonəqliyyat vasitələri, eləcə də avtovağzal ərazisi, gözləmə zalı gündəlik dezinfeksiya olunacaq. Sürücülər gün ərzində iki dəfə olmaqla tibbi müayinədən keçəcəklər.

Mayın 30-dan biletlər adi qaydada satışa çıxarılacaq. İyunun ortalarından isə biletlərin həm də onlayn satışı həyata keçiriləcək.

https://www.youtube.com/watch?v=ofetRRcLjSQ

Bizi Telegram-da izləyin: t.me/indexaz