Image description

Bakıdan Naxçıvana avtobusla sərnişin daşımalarının bərpa edilməsi hələ ki, nəzərdə tutulmayıb.

İndex.az xəbər verir ki, bunu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Nuridə Allahyarova bildirib.

“Buna səbəb muxtar respublikaya səfərin İran üzərindən gerçəkləşdirilməsidir. Sərhədlər açılmadığı üçün Naxçıvana hələlik sərnişindaşıma həyata keçirilməyəcək. Gürcüstan digər ölkələrlə sərhədləri açsa da, ölkəmizdə belə bir qərar qəbul edilməyib. Gürcüstan və digər ərazilərə sərnişindaşıma ilə bağlı Nazirlər Kabinetinin müvafiq qərarı olmalıdır”, - deyə o qeyd edib.

Bizi Telegram-da izləyin: t.me/indexaz