Image description

Bu ilin yanvar-aprel aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 134,8 milyon manat ipoteka krediti verilib.

İndex.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə çoxdur.

Hesabat dövründə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə təxminən 6,1 dəfə artaraq 85,3 milyon manat olub.

Son 1 ildə İKZF-nin istiqraz buraxmaqla cəlb etdiyi vəsait 10% artıraraq 55 milyon manata çatıb, Fonda dövlət büdcəsindən ayrılmış vəsait isə 2,1 dəfə azalaraq 35,6 milyon manat düşüb.

Bizi Telegram-da izləyin: t.me/indexaz