Image description

2021-ci ilin ilk 4 ayında Azərbaycandakı banklar 194,7 mln. manat xalis mənfəət əldə ediblər.

İndex.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni ayları ilə müqayisədə 24,7% çoxdur. Bank sektorunun əməliyyat mənfəəti isə 301,6 mln. manat təşkil edib ki, bu da illik müqayisədə 7,1% çoxdur.

Qeyd edək ki, ölkədəki bankların xalis faiz gəliri 476,2 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 3,5% çoxdur.




©APA

Bizi Telegram-da izləyin: t.me/indexaz