Image description

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin gəmisi hərraca çıxarılır.

İndex.az xəbər verir ki, bu barədə məlumat İ.N. yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən elan edilmiş 29 iyun 2021-ci il tarixdə hərraca çıxarılan nəqliyyat vasitələrinin siyahısında yer alıb.

1986-cı ilin istehsalı olan “RK Nauçniy” gəmisi Nazirliyin Sahələrarası Nəqliyyat və Komleks Mexaniki Təminat İdarəsinə məxsusdur.

Gəminin ilkin qiyməti hərracda 40 min manata təklif edilib. Hərracda beh alışı 10% təklif edilir ki, bu da 4 min manat deməkdir.

Bununla belə, Nazirliyin Meşələrin İnkişafı Xidmətinə məxsus olan “Elsevər Hüseynov” köməkçi kateri də hərraca çıxarılır. Bu katerin də istehsal tarixi 1986-cı ili əhatə edir və 10 min manat ilkin qiymətlə hərraca çıxarılacaq.





©Banker

Bizi Telegram-da izləyin: t.me/indexaz