Image description

Sabah Abşeron dairəvi dəmir yolu xəttində qatarların hərəkəti qeyri-iş günləri üçün nəzərdə tutulduğu kimi olacaq.

İndex.az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-dən bildirilib.

Məlumata görə, Bakı-Sumqayıt istiqaməti üzrə aşağıdakı qatarlar hərəkətdə olacaq:

Bakı-Pirşağı-Sumqayıt xətti üzrə

Sumqayıtdan 6604, 6606, 6612, 6620 nömrəli,

Bakıdan isə 6603, 6615, 6617 və 6621 nömrəli;

Bakı-Xırdalan-Sumqayıt xətti üzrə

Sumqayıtdan 6004, 6008, 6012, 6022 nömrəli,

Bakıdan isə 6005, 6015, 6019, 6023 nömrəli.

Nazirlər Kabinetinin qərarına əsasən, Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 1 avqust tarixinə kimi uzadılıb və həmin müddət ərzində şənbə və bazar günləri sərnişin qatarları hərəkətdə olmayacaq.





©Report

Bizi Telegram-da izləyin: t.me/indexaz