Image description

Gəncə Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfati İstehsalat Birliyi “Gəncə Körpü Tikinti-2” ASC ilə 4 milyon manatlıq müqavilə bağlayıb.

İndex.az xəbər verir ki, müqavilədə Gəncə şəhərində yolların təmiri işlərinin satın alınması nəzərdə tutulur.

Müqavilənin dəyəri isə 3 971 349 manatdır.

Qeyd edək ki, “Gəncə Körpü Tikinti-2” ASC 2002-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 143 104 manatdır və qanuni təmsilçisi Süleyman Rzayevdir.






©Banker

Bizi Telegram-da izləyin: t.me/indexaz