Image description

Balakən şəhəri, Gözəlov küçəsi, 102 ünvanında yerləşən “Qubek Otel" İstirahət Zonası satışa çıxarılır.

İndex.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələri Dövlət Xidməti məlumat yayıb.

Məlumata görə, bununla bağlı bu il iyunun 29-da saat 10:00-da hərrac keçiriləcək.

Belə ki, Dövlət Xidməti respublikanın şəhər və rayonlarında təkrar hərraca çıxarılacaq kiçik dövlət müəssisə və obyektlərinin siyahısını açıqlayıb.

Qeyd edilir ki, hərraca çıxarılan əmlakın sahəsi 9297,4 kv-metr, torpaq sahəsi ilə birgə ərazisi isə 13 400.0 kv-metrdir. Hərracda ilkin satış qiyməti isə 9 milyon 100 min manat müəyyən edilib.

Bizi Telegram-da izləyin: t.me/indexaz