Image description

Bu il iyunun 29-da saat 10:00-da respublikanın şəhər və rayonlarında təkrar hərraca çıxarılacaq kiçik dövlət müəssisə və obyektlərinin siyahısı açıqlanıb.

İndex.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələri Dövlət Xidməti məlumat yayıb.
Məlumata görə, həmin gün “Çinar” soyuducular zavodunun “Şəmkir” filialı hərraca çıxarılacaq.

Qeyd edilir ki, hərraca çıxarılan əmlakın sahəsi 2 095.1 kv-metr, torpaq sahəsi ilə birgə ərazisi isə 27 150.0 kv-metrdir. Hərracda ilkin satış qiyməti isə 150 min manat müəyyən edilib.

Bizi Telegram-da izləyin: t.me/indexaz