Image description

ABŞ Müdafiə Nazirliyi telekommunikasiya korporasiyası olan “Xiaomi”ni Çin şirkətlərinin daxil olduğu sanksiya siyahısından çıxarıb.

İndex.az bu barədə “RBK”ya istinadən xəbər verir. Bildirildiyi kimi, Kolumbiya məhkəməsi “Xiaomi”ni “Çin hərbi müəssisələri” siyahısına salma qərarını etibarsız hesab edib.

Beləliklə, amerikalı investorlar yenidən “Xiaomi” səhmlərini və istiqrazlarını qanuni olaraq almaq hüququna sahib olacaqlar.

Xatırladaq ki, daha əvvəl Donald Tramp administrasiyası prezidentliyinin son günlərində təyyarə istehsalçısı “Comac” və İT nəhəngi “Xiaomi”ni qara siyahıya daxil edib. Amerikalılara bu şirkətlərə investisiya qoymaq qadağan edilib, daha sonra isə aktivlərini 2021-ci il 11 noyabr tarixinə qədər satmaq göstərişi verilib.

Buna oxşar sanksiyalar 1999-cu il qanunu ilə tənzimlənir və Müdafiə Nazirliyinin Çin hərbiçilərinin nəzarət etdiyi şirkətlərin siyahısının tərtib edilməsini nəzərdə tutur.





©Banker

Bizi Telegram-da izləyin: t.me/indexaz