Image description

"Embafinans" QSC bank olmayan kredit təşkilatının (BOKT) səhmlərinin müvafiq olaraq 60%-nə və 40%-nə nəzarət edən Elşad Abbasov və Məşhur Məmmədov (Milli Məclisin üzvü) paylarının bir hissəsini yeni səhmdara satıb.

İndex.az xəbər verir ki, söhbət Tamara Polyakovadan gedir.

O, BOKT-un səhmlərinin 14%-ni əldə edib. Son nəticədə mövcud səhmdarların payı müvafiq olaraq 51%-ə və 35%-ə düşüb.

Xatırladaq ki, "Embafinans" 2012-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 10 milyon manatdır.





©Report

Bizi Telegram-da izləyin: t.me/indexaz