Image description

Son bir ayda Azərbaycanda əhalinin banklarda yerləşdirdiyi əmanətlərin həcmi azalıb.

İndex.az xəbər verir ki, Mərkəzi Bankdan açıqlanan statistik göstəricilərə görə, əhalinin banklarda yerləşdirdiyi əmanətlərin həcmi son bir ay ərzində 2,8% və ya 232,4 milyon manat azalaraq aprel ayının əvvəlində 8 milyard 147,5 milyon manata düşüb.
Azalma həm milli, həm də xarici valyutada yerləşdirilən əmanətlərdə qeydə alınıb. Milli valyutada yerləşdirilən əmanətlər son bir ay ərzində 4 milyard 179,6 milyon manatdan 4 milyard 101,7 milyon manata, xarici valyutada yerləşdirilən əmanətlər isə 4 milyard 200,3 milyon manatdan 4 milyard 101,7 milyon manata düşüb.

Xatırladaq ki, 2015-ci ildə baş verən milli valyutanın devalvasiyasından sonra əhali banklara yerləşdirdiyi manat əmanətlərini xarici valyuta ilə yerləşdirməyə başadı. Əgər 2015-ci ilin əvvəlində banklarda yerləşdirilən əmanətlərin 4 milyard 422,4 milyon manatı milli valyutada, 2 milyard 766 milyon manatı isə xarici valyutda olduğu halda, bir il sonra – 2016-cı ilin əvvəlində banklarda yerləşdirilən əmanətlərin 1 milyard 420,2 milyon manatı milli valyutada, 8 milyard 53,7 milyon manatı isə xarici valyutda olub. Lakin, 2015-ci ildən sonra manatla yerləşdirilən əmanətlər üzrə faiz dərəcələri artmağa başladığı zaman əhalini yenidən manatla əmanət yerləşdirməyə başlayıb.





©Yeniavaz

Bizi Telegram-da izləyin: t.me/indexaz