Image description

2021-ci ilin yanvar-aprel aylarında ticarət dövriyyəsinin həcmi 2020-ci ilin yanvar-aprel ayları ilə müqayisədə 0.8 faiz artaraq 6 723.1 milyon manat olmuşdur.

İndex.az Bakı Şəhər Statistika İdarəsindən əldə etdiyi məlumata əsasən xəbər verir ki, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2.2 faiz artaraq 3 545.7 milyon manat olub.

Qeyri-ərzaq məhsullarının həcmi isə 0.7 faiz azalaraq 3 177.4 milyon manata bərabər olmuşdur.

İstehlak məhsullarının 38.1 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 45.6 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 16.3 faizi isə paytaxtın məhsul bazarlarında satılmışdır.

Bizi Telegram-da izləyin: t.me/indexaz