Image description

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti (DTSERA) tərəfindən əlilliyin qiymətləndirilməsi işləri davam etdirilir.

Nazirlikdən verilən məlumata görə, 2021-ci ilin yanvar-aprel aylarında 10 minə yaxın şəxsə əlillik təyinatı aparılıb ki, onlardan 3178-i ilkin, qalanları təkrar əlillik təyin edilənlər olub.

Əlillik təyinatı aparıldıqdan sonra həmin şəxslərə əlilliyə görə müvafiq sosial ödənişlərin də e-sistem üzərindən proaktiv qaydada təyinatı həyata keçirilib.

Xatırladaq ki, əlilliyin qiymətləndirilməsi vətəndaş-məmur (ekspert) təması olmadan, elektron infrastruktur (“Əlillik” altsistemi) üzərindən, səhiyyə müəssisəsinin e-sistemə daxil etdiyi göndərişlərdəki məlumatlar əsasında obyektiv və şəffaf şəkildə həyata keçirilir.

Bizi Telegram-da izləyin: t.me/indexaz