Image description

Azərbaycanda inşaat məhullarıı (sement və gips) istehsalçısı “Mətanət-A” Şirkətinin Türk rəhbəri istefa verib. Bu barədə Banker.az-ın əldə etdiyi məlumatda deyilir.

İndex.az xəbər verir ki, Yakup Çimen Azərbaycan şirkətinin iki illik direktor postunu bu aydan tərk edib. O, bu vəzifəyə 2019-cu ilin yanvarında təyin edilmişdi.

Y.Çimeni isə “Mətanət-A”da şirkətin öz əməkdaşı Solmaz Əliyeva İntiqam qızı əvəzləyəcək.

“Mətanət-A” Şirkəti 2000-ci ildə yaradılıb. 2 milyon 188.47 min manat nizamnamə kapitalına sahibdir. Şirkətin sahibi, iş adamı Elxan Bəşirovdur.





©Banker

Bizi Telegram-da izləyin: t.me/indexaz