Image description

Həftəsonu ictimai nəqliyyatın işləməməsi qərarı səhvdir və təcili ləğv edilməlidir.

İndex.az xəbər verir ki, bunu iqtisadçı-eksper Samir Əliyev bildirib.

Onun sözlərinə görə, bu addımın artıq təhlükəsizlik əhəmiyyəti qalmayıb, əksinə sosial zərər yaradır: “Əvvəlcə müşahidəmi yazım sonra fikrimi izah edərəm. Ötən şənbə həmişəki kimi Xırdalandan şəhərə gəlirdim. 20 Yanvara çatanda metro və şəhərdaxili nəqliyyat işlmədiyindən sərnişinlər "1 manatlıq" taksilərdən istifadəyə məcbur olurdular. Metro yanı dayanacaqlar taksilərlə dolu idi və insanlar 4 nəfər olmaqla maşında oturub ünvana gedirdilər. İlk baxışdan hər şeyin normal olduğu görünür. İnsanlar ünvana gedib çata bilirdilər”.

Ekspert problemləri də sadalayıb:

Bizi Telegram-da izləyin: t.me/indexaz