Image description

2020-ci il dövlət büdcəsinin icrası prosesində Azərbaycanın sosial-iqtisadi həyatı üçün vacib olan bir sıra layihələrin və tədbirlərin həyata keçirilməsi məqsədilə “Büdcə sistemi haqqında” qanunun 19.6-cı maddəsinə uyğun olaraq 2020-ci il dövlət büdcəsində qənaət olunmuş 439,6 mln. manat vəsait dövlət büdcəsinin ehtiyat fonduna yönəldilməklə, Fondun həcmi 649,6 mln. manat olub.

İndex.az xəbər verir ki, bu “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsində əksini tapıb.

Layihədə qeyd olunub ki, il ərzində həmin vəsaitin 527,5 mln. manatından istifadə olunub. Bu vəsaitin 207,4 mln. manatı və ya 33,1%-i əsaslı xərclərin, 420,1 mln. manatı və ya 66,9%-i cari xərclərin maliyyələşdirilməsinə yönəldilib.





©APA

Bizi Telegram-da izləyin: t.me/indexaz