Image description

Azərbaycandan aprel ayında MDB ölkələrinə hava sərnişindaşıma nəqliyyatı xidməti üzrə gedişin qiyməti kəskin bahalaşıb.

İndex.az rəsmi göstəriciyə istinadən xəbər verir ki, MDB ölkələrinə hər gedişin orta qiyməti 1 097.12 manata yüksəlib. Məsələn, bu 2021-ci ilin martında 843.44 manat idi. Bu da o deməkdir ki, son bir ayda orta qiymətlər 253.68 manat, yaxud 30% bahalaşmışdır.

MDB ölkələrindən başqa, digər beynəlxalq uçuşların hər gedişin orta qiymətləri isə 768.27 manat olmuşdur.

Bizi Telegram-da izləyin: t.me/indexaz