Image description

2020-ci il ərzində koronavirus (COVID-19) pandameiyası ilə bağlı beynəlxalq miqyasda tədbirlərin dəstəklənməsi məqsədilə Ümumdünya Səhiyyə Təşkilatına 17 milyon manat məbləğində yardım göstərilib.

İndex.az xəbər verir ki, bu barədə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsində bildirilib.

Eyni zamanda UNESCO və ISESCO təşkilatlarına 3,4 milyon manat və 18 xarici ölkəyə 18,9 milyon manat məbləğində beynəlxalq yardımlar edilib.

Bizi Telegram-da izləyin: t.me/indexaz