Image description

ABŞ-ın Azərbaycanda da fəaliyyət göstərən məşhur fəstfud şəbəkəsi - “McDonald's” şirkəti 2020-ci ili 4,731 milyard dollar xalis mənfəətlə başa vurub.

İndex.az xəbər verir ki, bu, 2019-cu ilə nisbətən 21,5% azdır.

Ötən il “McDonald's”ın əməliyyat gəlirləri 19,208 milyard dollar (əvvəlki illə müqayisədə 10,1% az), əməliyyat xərcləri 11,884 milyard dollar (3,3% az), digər gəlirləri 0,035 milyard dollar (2 dəfə az), digər xərcləri 1,218 milyard dollar (8,6% çox), mənfəət vergisi ödəmələri isə 1,41 milyard dollar (29,3% az) təşkil edib.

2020-ci ildə “McDonald's” aktivlərini 10,8% artıraraq bu il yanvarın 1-nə 62,627 milyard dollara çatdırıb.

Xatırladaq ki, “McDonald's” 1940-cı ildə yaradılıb. Mənzil-qərargahı ABŞ-ın Çikaqo şəhərinin yaxınlığında yerləşən şirkətin kapitallaşma göstəricisi təxminən 173 milyard dollardır.

“McDonald's” Azərbaycan bazarına 1999-cu ildə daxil olub. Şirkətin yerli törəməsi QSC olmaqla 2,845 milyon manat nizamnamə kapitalına malikdir.





©Report

Bizi Telegram-da izləyin: t.me/indexaz