Image description

"Son vaxtlar qiymətlərin süni artımının şahidi oluruq".

İndex.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Əli Məsimli deyib.

Deputat bildirib ki, bunu iki amillə əlaqələndirirlər: “Birincisi tələb-təklif, ikincisi dünyada qiymətlərin artımı ilə. Amma tələb-təklif məsələsi doğru deyil. Çünki Azərbaycanda əhalinin gəlirləri aşağı düşür. İkinci məsələ ilə bağlı isə dünyada qiymət artımı 2%-dir, Azərbaycanda isə 4%. Bunu inzibati yollarla həll etmək mümkün deyil. 1%-lik qiymət artımı Azərbaycan ailələrinə ayda 34 milyon manat, ildə isə milyardlarla zərbə vurur. Bununla bağlı aidiyyəti orqanları ciddi tədbirlər görməyə çağırıram”.






©APA

Bizi Telegram-da izləyin: t.me/indexaz