Image description

Bu ilin aprel ayının 1-nə olan məlumata görə, Azərbaycanda 1 milyon 220 min 144 nəfər pensiyaçı olub.

İndex.az açıqlanan rəsmi statistikaya istinadən bildirir ki, pensiyaçılara verilən orta aylıq pensiya məbləği 329 manat 23 qəpik olub.

Paytaxt Bakıda orta aylıq pensiya məbləği 437 manat 83 qəpik olub. Bakıdan sonra ən yüksək orta aylıq pensiya Şuşa rayonunda verilib. Bu rayonda orta aylıq pensiya məbləği 305 manat 96 qəpik olub. Şuşa rayonundan sonra ən yüksək pensiyanın verildiyi şəhər və rayonlar arasında Kəlbəcər (296.49 manat), Sumqayıt (296.02 manat), Şirvan (295.51 manat), Siyəzən (295.01 manat) və Zəngilan (294.50 manat) ilk sırada yer alıblar.

Pensiyaçılara verilən ən aşağı pensiya məbləği Lerik rayonunda qeydə alınıb. Bu rayonda orta aylıq pensiya məbləği 248 manat 28 qəpik olub. Aşağı pensiyanın verildiyi rayonlar arasında Quba (257.78 manat) və Xaçmazdır (250.86 manat).








©Banker

Bizi Telegram-da izləyin: t.me/indexaz