Image description

Bu ilin əvvəlindən indiyə qədər Azərbaycanda ən çox məhkəməyə verilən sığorta şirkəti Dövlət Sığorta Kommersiya Şirkəti ("Azərsığorta") olub.

İndex.az xəbər verir ki, 2021-ci ildə bu şirkətə qarşı 167 məhkəmə iddiası qaldırılıb.

Bu, digər sığorta şirkətlərinə qarşı qaldırılan bütün məhkəmə iddialarının sayından təxminən 70% çoxdur. "Azərsığorta"nın fəaliyyətinin demək olar ki, bütün şəhər və rayonları əhatə etdiyini nəzərə alsaq, onun siyahıya liderlik etməsi təbii sayıla bilər.

Məhkəmə iddialarının sayına görə, 2-ci yerdə "Azsığorta" ASC, 3-cü yerdə isə "Atəşgah Sığorta" ASC qərarlaşıb.

Ən az məhkəməyə verilən sığorta şirkətləri isə "Bakı Sığorta", "İpək Yolu Sığorta" və "Xalq Sığorta" ASC-lər olub. Onların hərəsi cəmi 1 məhkəmə iddiası ilə üzləşib.

6 sığorta şirkəti isə ümumiyyətlə məhkəməyə verilməyib. Bunlar bazara ötən il daxil olmuş "Aqrar Sığorta Müştərək Sığorta Şirkəti" ASC, eləcə də "Azərbaycan Sənaye Sığorta", "Meqa Həyat Sığorta", "Meqa Sığorta", "Naxçıvan Sığorta" və "PAŞA Sığorta" ASC-lərdir.

Azərbaycanda sığorta şirkətləri əsasən ödənişi gecikdirmələri və yaxud ümumiyyətlə verməmələri iddiaları ilə məhkəməyə verilir.





©Report

Bizi Telegram-da izləyin: t.me/indexaz