Image description

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhər Lokal Gəlirlər İdarəsi “Loğmed” MMC barəsində məhkəmə iddiası qaldırıb.

İndex.az xəbər verir ki, məhkəmə iclası bu gün - 20.05.2021-ci il tarixində Bakı Kommersiya Məhkəməsində hakim Leyla Əliyevanın sədrliyi ilə keçiriləcək.

Məlumat üçün bildirək ki, hüquqi ünvanı Nizami rayonu, Kamil Balakişiyev, ev 61 –də yerləşən “Loğmed” MMC 12.09.2006-cı ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 20 manat olan MMC-nin qnuni təmsilçisi Bəydəmirli Fəridə Rüfət qızıdır.

Nazirliyinin MMC-yə qarşı hansı səbəbdən məhkəmə iddiası qaldırdığı açıqlanmayıb. Amma qeyd edək ki, Vergilər Xidmətinin reyester məlumatlarında “Loğmed” MMC -nin dövlət büdcəsinə 28 min 725 manat 87 qəpik vergi borcunun olduğu göstərilir.

Onu da bildirək ki, Bakıda fəaliyyət göstərən “Loğmed” klinikası “Loğmed” MMC-yə bağlıdır və bu klinikanın sahibi sabiq millət vəkili, tanınmış iqtisadçı Nazim Bəydəmirlidir.





©Yeniavaz

Bizi Telegram-da izləyin: t.me/indexaz