Image description

2021-ci il aprelin 1-i vəziyyətinə 66.1 min aztəminatlı ailənin 279 min üzvü ünvanlı dövlət sosial yardımı almış və onun bir nəfərə düşən orta aylıq məbləği 58.2 manat təşkil edib.

İndex.az açıqlanan rəsmi statistikaya istinadən bildirir.

Rayonlar üzrə 1 nəfərə düşən ən çox sosial yardım məbləği Zaqataladadır. Bu rayonda aylıq ünvanlı dövlət sosial yardımın məbləği 62 manat 36 qəpik təşkil edir. Zaqataladan sonra ən yüksək orta aylıq dövlət sosial yardımı Biləsuvar rayonunda verilib. Bu rayonda orta aylıq ünvanlı dövlət sosial yardımın məbləği 62 manat 17 qəpik olub.

Biləsuvar rayonundan sonra ən yüksək sosial yardımın verildiyi şəhər və rayonlar arasında Tovuz rayonu (62.11manat), Qobustan rayonu (61.86 manat), Şamaxı rayonu (60.93 manat), Yevlax şəhəri (60.78 manat), Şəmkir rayonu (60.76 manat), Hacıqabul rayonu (60.65 manat) ilk onluqda yer alıblar.

Sosial yardım alanlara verilən ən aşağı məbləğ Naxçıvan Muxtar Respublikasında (41.13 manat) qeydə alınıb.






©Banker

Bizi Telegram-da izləyin: t.me/indexaz