Image description

Azərbaycanda fəaliyyət göstərən alman avtomobil markası “Porsche”nin rəsmi ditrubuteri barəsində gömrük qaydaları əleyhinə olan cərimə protokolu tərtib edilib.

İndex.az bu barədə əldə etdiyi məlumata görə Dövlət Gömrük Komitəsi tərəfindən “Porsche Mərkəzi” (rəsmi adı ilə “Əfəndilər” MMC) barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə cərimələnib.

Cərimə protokolu Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə göndərilib.

İXM-in 485.2-ci maddasinə görə, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə -vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.






©Banker

Bizi Telegram-da izləyin: t.me/indexaz