Image description

2021-ci ilin yanvar-mart aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2020-ci ilin müvafiq dövrünə nisbətən 4.2 faiz azalaraq 713.2 manat təşkil edib.

İndex.az DSK-ya istinadən xəbər verir ki, ölkədə maliyyə və sığorta sahəsi üzrə çalışanların orta aylıq əməkhaqqları azalıb.

Belə ki, 2021-ci ilin yanvar-mart aylarında maliyyə və sığorta sahəsində işləyənlərin orta aylıq əməkhaqqları 1 633.1 manat, dövlətdə çalışanlarda 1 736.5 manat, özəldə çalışanların isə 1 605.5 manat olub.

2020-ci ilin müvafiq aylarında isə maliyyə və sığorta sahəsində işləyənlərin orta aylıq əməkhaqqları 1 707.6 manat, dövlətdə çalışanlarda 1 766.7 manat, özəldə çalışanların isə 1 693.9 manat olub. Belə ki, illik müqayisədə dövlətdə çalışanların orta aylıq əməkhaqları 30.2 manat, özəldə çalışanların isə 88.4 manat azalıb.






©Banker

Bizi Telegram-da izləyin: t.me/indexaz