Image description

1 aprel 2021-ci il tarixinə olan hesabata görə, Azərbaycanda ölkə üzrə orta aylıq əməkhaqqıları 713.2 manata çatıb.

İndex.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Dövlət Statistika Komitəsinin statistik göstəricilərində orta aylıq əməkhaqqının ən yüksək olduğu şəhər Bakıdır. Belə ki, paytaxta bu göstərici 927.1 manat təşkil edib. Digər ikinci ən çox əməkhaqqının olduğu rayon Gədəbəydir. Burada orta aylıq əməkhaqqı 706.5 manatdır. Daşkəsən rayonu 667.2 manat olmaqla 3-cü yerdədir.

Ölkə üzrə ən aşağı orta aylıq əməkhaqqı Zaqatala və Qax rayonlarında qeydə alınıb. 1 aprel 2021-ci il tarixinə olan statistik rəqəmlərə əsasən Qax rayonunda orta aylıq əməkhaqqı 395.7 manat, Zaqatala rayonunda isə 408.9 manat təşkil edib.


Ən çox orta aylıq əməkhaqqı hansı rayonlarda verilir? - SİYAHI







©Banker

Bizi Telegram-da izləyin: t.me/indexaz