Image description

ABŞ-ın keçmiş prezidenti Donald Trampın sahib olduğu şirkətə qarşı cinayət işi açılıb.

İndex.az bu barədə “Secretmag”a istinadən xəbər verir. Bildirildiyi kimi, “Trump Organization” fırıldaqçılıq yolu ilə vergi güzəştləri almaqda şübhəli bilinir.

Nyu-Yorkun baş prokurorluğunun sözçüsü “Trump Organization” şirkətinə xəbərdarlıq edildiyini və araşdırmaların mülki xarakter daşımadığını qeyd edib. Xatırladaq ki, istintaq hələ 2019-cu ildə, Nyu-Yorkun Maliyyə Xidmətləri İdarəsi tərəfindən açılıb. Tənzimləyici Trampın keçmiş vəkili Maykl Koenin verdiyi açıqlamalardan şübhələnib.

Sənədlər araşdırıldıqdan sonra Maliyyə Xidmətləri İdarəsi bütün materialları işi açan prokurorluğa təhvil verib.

“Trump Organization” özü prokurorluğun açıqlamalarını şərh etməyib. Daha əvvəl Tramp ona qarşı cinayət işinin açılmasında siyasi maraqların olduğunu vurğulayıb. Onun fikrincə, araşdırmaları ABŞ-ın Demokratlar Partiyasının üzvləri təşkil edib.

Bizi Telegram-da izləyin: t.me/indexaz