Image description

İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu sahibkarlığın inkişafına maliyyə dəstəyinin göstərilməsini davam etdirir.

İndex.az xəbər verir ki, bu barədə nazirliyinin yaydığı məlumatda deyilir.

Bildirilir ki, bu ilin ilk 4 ayı ərzində Fond tərəfindən müvəkkil kredit təşkilatları vasitəsilə 217 sahibkarın investisiya layihəsinin maliyyələşdirilməsinə 18,6 milyon manat güzəştli kredit verilib. Bu kreditlərin reallaşdırılması nəticəsində 600-dək yeni iş yerinin açılması imkanı yaranıb.

Beləliklə, verilən kreditlərin 43%-i aqrar sektorun, 57%-i müxtəlif sənaye məhsullarının istehsalı və emalına yönəldilib. Güzəştli kreditlərin 73%-i regionlarda, 27%-i isə Bakı şəhərinin qəsəbələrində fəaliyyət göstərən sahibkarlara verilib.

Bizi Telegram-da izləyin: t.me/indexaz