Image description

Bu ilin yanvar-aprel aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 8 234,3 mln. manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 14% azdır.

İndex.az xəbər verir ki, Dövlət Statistika Komitəsinə dövlət büdcəsinin xərcləri isə 7 527,7 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 3,6% çoxdur.

Beləliklə, ölkənin dövlət büdcəsinin profisiti 706,6 mln. manat və ya ÜDM-in 2,8%-ni təşkil edib.

Bizi Telegram-da izləyin: t.me/indexaz