Image description

Nijni Novqorodun "Striqino" hava limanı Bakıya birbaşa uçuşlara başlayır. Uçuşlar həftədə bir dəfə həyata keçiriləcək.

Index.az xəbər verir ki, bu barədə hava limanının mətbuat xidmətindən bildirilib.

Məlumata əsasən, ilk birbaşa uçuş mayın 19-na nəzərdə tutulub. Təyyarə Nijni Novqoroddan yerli vaxtla saat 23:40-da havaya qalxacaq və Bakı vaxtı ilə 03:25-də Azərbaycanda eniş edəcək.

Bildirilir ki, uçuşları "Nordwind" aviaşirkəti həyata keçirəcək.

Bizi Telegram-da izləyin: t.me/indexaz