Image description

Bu ilin 4 ayında Azərbaycandan 64 min 637 ton pambıq lifi göndərilib.

İndex.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

2021-ci ilin yanvar-aprel aylarında ixrac edilən pambıq lifinin dəyəri 96 milyon 937 min ABŞ dolları olub.

Ötən ilin eyni aylarında ölkədən 45 milyon 22 min dollarlıq 32 min 415 ton pambıq lifi ixrac edilib. Belə ki, pambıq lifinin ixracı dəyər ifadəsində 2.2 dəfə, miqdar ifadəsində isə 2 dəfə artıb.

Onu da qeyd edək ki, 4 ay ərzində Azərbaycandan 15 milyon 225 min dollarlıq 5 min 643 ton pambıq ipliyi ixrac edilib. 2020-ci ilin müvafiq dövründə isə pambıq iplik 8 milyon 741 min dollar vəsait gətirmişdi və ixrac olunmuş məhsulun həcmi 3 min 836 ton olmuşdu. İllik müqayisədə ixrac edilən pambıq ipliyin dəyəri 1.7 dəfə, miqdarı isə 47% artıb.

Bizi Telegram-da izləyin: t.me/indexaz