Image description

2021-ci ilin yanvar-aprel ayında Azərbaycanın bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsullarının ən ixrac olunduğu ölkələr açıqlanıb.

İndex.az xəbər verir ki, Azərbaycan mənşəli xam neftin ən çox ixrac olunduğu ölkələr siyahısına yenə İtaliya liderlik edib.

Hesabat dövründə bu ölkəyə 5 mln. 496 min 754 ton həcmində Azərbaycan nefti ixrac olunub.

Azərbaycan neftinin ikinci ən böyük alıcısı Hindistan olub. Belə ki, 4 ayda Hindistana 845 min 591 ton Azərbaycan nefti alıb.

İspaniya və Portuqaliya ixrac olunan Azərbaycan neftinin növbəti ən böyük alıcılarındandır. Yanvar-apreldə İspaniya 851 min 408 ton, Portuqaliya isə 451 min 184 ton həcmində Azərbaycan nefti alıb.

Azərbaycan neftinin növbəti ən böyük alıcılarının siyahısı belədir: Xorvatiya 444 min 812 ton, İsrail 397 min 463 ton, Ukrayna 449 min 865 ton, Tunis 343 min 487 ton, Belarus 270 min 692 ton, Çin 277 min 517 ton.

Bizi Telegram-da izləyin: t.me/indexaz