Image description

"Bakı Metropoliteni" QSC yeni açılacaq "8 noyabr" stansiyasının şəhid Xudayar Yusifzadənin səsi ilə elan olunması ilə bağlı sosial şəbəkələrdə yayılan səs yazısı barədə açıqlama verib.

İndex.az xəbər verir ki, "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov açıqlamasında bildirib ki, adıçəkilən səs yazısı montajdır: "Əziz şəhidimizin səsi və "8 Noyabr" stansiyasının elan edilməsi ilə bağlı yayılmış videoməlumat həqiqəti əks etdirmir. Hazırda belə bir şey yoxdur. Bu, quraşdırma və montajdır".

Trend

Bizi Telegram-da izləyin: t.me/indexaz