Image description

Xəbər verdiyimiz kimi, ölkə mətbuatında “Baku Steel Company”nin rəhbəri Rasim Məmmədov həbs edilməsilə bağlı məlumat yayılıb.

İndex.az Yeniavaz.com-a istinadən xəbər verir ki, həbs edildiyi bildirilən Rasim Məmmədova məxsus şirkətlərin dövlət büdcəsinə böyük həcmdə vergi borcu var.

Qeyd edək ki, ötən ilin ilk 11 ayının nəticələrinə görə “Baku Steel Company” ölkənin ən böyük 10 ixracatçı şirkəti arasında yer alıb. 11 ay ərzində şirkət xaricə 26,5 milyon dollar dəyərində məhsul satıb.

Lakin, bu qədər məhsulun satılmasına baxmayaraq hazırda “Baku Steel Company” MMC-nin dövlət büdcəsinə 2 milyon 812 min 242 manat 36 qəpik vergi borcu var. Bundan başqa Rasim Məmmədova məxsus olduğu deyilən “Baku Steel Construction” ASC-nin də (əvvəlki adı “Bakı Poladtökmə” ASC) dövlət büdcəsinə 537 min 372 manat 22 qəpik vergi borcu var. Nəticədə Rasim Məmmədova məxsus 2 şirkətin cəmi vergi borcu 3 milyon 349 min 614 manat 58 qəpik olub.