Image description

2021-ci ilin yanvar-aprel aylarında istehlakçılar Azərbaycanın pərakəndə ticarət şəbəkəsində əczaçılıq məhsulları və tibbi ləvazimatlarına 283.7 milyon manat xərcləyib.

İndex.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu göstərici illik müqayisədə 39.6% artıb.

Qeyd edək ki, cari ilin 3 ayında istehlakçılar Azərbaycanın pərakəndə ticarət şəbəkəsində əczaçılıq məhsulları və tibbi ləvazimatlarına 216 milyon manat xərcləyib ki, bu da aylıq müqayisədə 67.7 milyon manat çox xərc çəkilməsi deməkdir.

Bizi Telegram-da izləyin: t.me/indexaz