Image description

Türkiyədə koronavirusa qarşı karantin tədbirləri çərçivəsində aprelin 29-dan tətbiq edilən “lokdaun” bu gün sona çatıb.

İndex.az xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayır.

“Mərhələli yumşalma” iyun ayının 1-dək davam edəcək. Yanaşı olaraq, bəzi qadağalar qüvvədə qalacaq.

Bunlara 65 yaşdan yuxarı və 18 yaşdan kiçik insanların ictimai nəqliyyatdan istifadə edə bilməməsi, komendant saatı dövründə şəhərlərarası səyahət məhdudiyyətinin tətbiqi və s. aiddir.

Alış-veriş mərkəzləri iş günləri saat 10:00-20:00 arasında işləyə biləcək. Şəhərlərarası nəqliyyat vasitələri tutumlarının 50 faizi qədər sərnişin qəbul edəcəklər.

Bizi Telegram-da izləyin: t.me/indexaz