Image description

Bakı Nəqliyyat Agentliyi vətəndaşların rahatlığını nəzərə alaraq M8 ekspress marşrut xəttini (Maştağa qəsəbəsi - “Gənclik” metro stansiyası) adi rejimə keçirib.

İndex.az xəbər verir ki, bunu Agentliyin İdarə Heyətinin sədri Vüsal Kərimli "Twitter" sosial şəbəkəsində bildirib.

"Daimi sərnişinlərimizə xidmət edəcək xətt üzrə gediş haqqı tarifi 0.40 AZN-dən 0.35 AZN-ə dəyişdirilib", - o deyib.

Bizi Telegram-da izləyin: t.me/indexaz