Image description

“Facebook”un “WhatsApp” messenceri yenilənən istifadəçi müqaviləsini qəbul etməyən istifadəçilər üçün zənglər və mesajlar daxil olmaqla müəyyən funksiyaları tədricən məhdudlaşdırmağa başlayır.

İndex.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə şirkətin saytındakı məlumatda bildirilir. Qeyd olunur ki, bir neçə həftə ərzində yeniləmə xatırlatması ləğv edilməz olacaq və bu vaxtdan etibarən istifadəçi yeniləməni qəbul edənədək “WhatsApp”ın funksionallığı məhdudlaşacaq.
Xatırlatma alan və yeni müqavilə ilə razılaşmayan istifadəçi çatlar siyahısına girişi əldə edə bilməyəcək, lakin zəngləri və mesajları cavablandıra biləcək.

Bir neçə həftə məhdud funksionallıqdan sonra, istifadəçilər artıq gələn zəngləri və bildirişləri ala bilməyəcək və “WhatsApp” mesaj və zəng göndərməyi dayandıracaq.

Xatırladaq ki, yanvarda “WhatsApp”, fərdi məlumatların “Facebook”a ötürülməsinə dair istifadəçi müqaviləsinə əlavə bənd daxil edərək yenilədi. Bu, “WhatsApp” istifadəçiləri arasında geniş əks-səda doğuraraq, onların digər messencerlərə kütləvi keçidinə səbəb oldu. İstifadəçilər yeniləmələri "əlverişli tempdə" oxuyub qəbul edə bilsinlər deyə, şirkət istifadəçi müqaviləsinin tətbiqini 8 fevral - 15 may tarixlərinə təxirə salıb.

Bizi Telegram-da izləyin: t.me/indexaz