Image description

Rusiya daha 5 ölkə ilə uçuşları bərpa edir.

Index.az xəbər verir ki, bu barədə jurnalistlərə koronavirusla mübarizə üzrə operativ qərargahdan bildirilib. Mayın 25-dən etibarən aviaəlaqələrin bərpa olunacağı ölkələr İslandiya, Malta, Meksika, Portuqaliya və Səudiyyə Ərəbistanıdır.

Moskvadan Reykyavik və Valettaya həftədə 2 dəfə, Kankun, Lissabon və Ciddəyə 3 dəfə reyslər olacaq. Ciddədən Qroznı və Mahaçqalaya isə həftədə 1 dəfə uçuşlar olacaq.

Bizi Telegram-da izləyin: t.me/indexaz