Image description

ABŞ Ədliyyə Departamenti və vergi qurumu olan Daxili Gəlirlər Xidməti (IRS) dünyanın ən böyük kriptovalyuta birjalarından “Binance Holdings” barəsində birgə təhqiqata başlayıb.

İndex.az “Bloomberg”-ə istinadən xəbər verir ki, hər iki qurumdan bu xəbəri şərh etmək istəməyiblər.

Hələlik konkret ittihamlar irəli sürülməsə də, təhqiqatda çirkli pulların yuyulması və vergidən yayınma məsələlərinə diqqət yetirildiyi bildirilir. ABŞ hökuməti kriptovalyutaların bəzi qanunsuz maliyyə əməliyyatlarında və vəsait köçürmələrində istifadə olunmasından şübhələnir.

Rəsmi təhqiqatla bağlı xəbərlər çıxandan sonra “Binance”-ın səhmləri birdən-birə 9 faiz ucuzlaşıb.

Qeyd edək ki, bu il mart ayında “Binance” barəsində Müddətli Əmtəə Ticarəti Komissiyası (CFTC) da müvafiq lisüenziya olmadan kripto derivativ ticarətinə yerli şirkətlərin buraxılması ilə bağlı təhqiqat aparmışdı.

Bizi Telegram-da izləyin: t.me/indexaz