Image description

“Ethereum”un yaradıcısı və dünyanın ən gənc kriptomilyarderi Vitalik Buterin qeyri-kommersiya təşkilatları və fondlarına ən böyük ianə edib, bu barədə “TechCrunch” yazıb.

Index.az xəbər verir ki, Buterin “India COVID-Crypto Relief” fonduna ümumi dəyəri 1.14 miloyard dollar olan 500 ETH (Ethereum) və 50 trilyon SHIB (Shiba Inu) köçürüb. Xatırladaq ki, Hindistan koronavirusa yoluxma sayına görə dünyada birincidir. Ölkədə gündə 350 mindən çox insan koronavirusa yoluxur.

Razılaşma bəzi investorlar arasında çaxnaşmaya səbəb olub və SHIB kriptovalyutasının dəyəri son 24 saat ərzində 35%-dən çox düşüb.

Buterin ayrıca 336 milyon dollar dəyərində “Ethereum” və “Dogelon Mars” (ELON) “Methuselah Foundation” qeyri-kommersiya təşkilatına bağışlayıb.



Daha 13 min ETH Buterin “Givewell”in hesabına köçürüb. “Givewell” – dünyanın ən yaxşı xeyriyyə fondlarına nəzarət edən təşkilatdır.

Bizi Telegram-da izləyin: t.me/indexaz