Image description

Bu ilin yanvar-aprel aylarında Gürcüstanın xarici ticarət dövriyyəsinin həcmi illik müqayisədə 12,8% artaraq 3 milyard 929 milyon ABŞ dolları təşkil edib.

İndex.az xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilib.

Sənədə əsasən, ilk dörd ayda qonşu ölkənin ixracının dəyəri 1 milyard 199 milyon ABŞ dollara (+19,6%), idxalının dəyəri isə 2 milyard 730 milyon ABŞ dollara (+10,1%) bərabər olub.

Hesabat dövründə xarici ticarətdə 1 milyard 531 milyon ABŞ dollarlıq kəsir yaranıb ki, bunun da ümumi ticarət dövriyyəsindəki payı 39%-dir.






©Report

Bizi Telegram-da izləyin: t.me/indexaz