Image description

Gürcüstanın əksər brend yanacaqdoldurma məntəqələrində “Super” markalı benzinin bir litrinin qiyməti 3 larini (1,48 manat) ötüb.

Index.az xəbər verir ki, bu, yanacaq bazarında rekord həddir.

Beynəlxalq bazarlarda neftin bahalaşması və larinin ucuzlaşması ilə aşağı keyfiyyətli yanacaq növlərinin də qiymətlərinin artacağı gözlənilir.

Hazırda qonşu ölkədə benzinin ən aşağı qiyməti bir litr üçün 2,74 lari (1,35 manat) təşkil edir.

Report

Bizi Telegram-da izləyin: t.me/indexaz